Çeferin yenidən prezidentliyə namizəd olacaq

4 Oktyabr 2022 08:28

Aleksander Çeferin növbəti dəfə UEFA prezidentliyi vəzifəsinə namizədliyini irəli sürəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti özü məlumat verib. O, indiyə kimi 55 dəstək məktubu aldığını və böyük ehtimalla seçkilərdə yeganə namizəd olacağını vurğulayıb.

Qeyd edək ki, UEFA-da prezident seçkiləri 2023-cü il aprelin 5-də Lissabonda keçirilməsi planlaşdırılan 47-ci UEFA Konqresində baş tutacaq. Çeferin 2016-cı ildən qurumun prezidentidir.

Milli.Az