Amerika mediası ötən həftə Florida ştatının cənub-qərb sahillərini vuran dağıdıcı qasırğanın faciəvi nəticələri haqqında yenilənmiş məlumatları təqdim edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ-da "İan" qasırğasının dağıdıcı təsirləri nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.
Təbii fəlakət qurbanlarının əksəriyyəti - 54 nəfər Li qraflığında qeydə alınıb. Ümumilikdə, Florida ştatının on qraflığında qasırğa nəticəsində insanların həlak olması faktları qeydə alınıb.
Milli.Az