Bərdə sakini Bakıda bıçaqlandı

4 Oktyabr 2022 08:13

Bakının Xətai rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində baş verib.

1961-ci il təvəllüdlü Əliyev Abbas İsmayıl oğlu tanışı tərəfindən küçədə bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

Milli.Az