Beyləqanda yanğın baş verib

4 Oktyabr 2022 07:15

Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və damına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az