London marafonunda faciəvi hadisə

3 Oktyabr 2022 23:43

İngiltərənin paytaxtı Londonda keçirilən marafonda faciəvi hadisə baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib.

Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub.

Milli.Az