“Rusiya qüvvələri Kupyanskdakı xəstəxananı vurub”

3 Oktyabr 2022 23:23

"Rusiya qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərindəki xəstəxanaya raket hücumu təşkil edib".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Xarkov vilayətinin Hərbi Administrasiyasının qubernatoru Oleq Sinequbov açıqlama verib.

Sinequbov sosial media hesabından verdiyi açıqlamada hücum zamanı bir anestezioloqun öldüyünü, tibb bacısının isə yaralandığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski də hadisə ilə bağlı instaqram hesabından paylaşım edib:

"Düşmən amansızcasına terror etməkdə davam edir. Bununla belə, hər bir işğalçı birmənalı şəkildə xatırlamalıdır: şəhərlərimizə və insanlarımıza hücuma görə qisas qaçılmazdır. İrqçilərin qiyaməti mütləq gələcək".

Milli.Az