Ukraynada məktəb yaxınlığında atışma baş verib, bir polis ölüb

3 Oktyabr 2022 23:10

Ukraynanın Çernivtsı şəhərində naməlum şəxs məktəb yaxınlığında atəş açıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 22 yaşlı polis əməkdaşı öldürülüb.

Bildirilib ki, xeyli sayda yaralılar var.

Hazırda Vorobkeviç küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

İlkin versiyaya görə, hücum edən şəxs avtomatdan atəş açıb.

O, hadisəni törədəndən sonra ərazidən qaçıb.

Onun məktəb binasında gizləndiyi ehtimal edilir.

Milli.Az