Küs olduqları deyilirdi, gəlini ilə fotosunu paylaşdı

3 Oktyabr 2022 22:56

İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhemin həyat yoldaşı, müğənni və dizayner Viktoriya Bekhem Paris Moda Həftəsində uşaqları və gəlini Nikola Peltzlə birlikdə şəkil çəkdirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, şəkli sosial şəbəkə hesabında paylaşıb.

Bu, Viktoriya Bekhemlə model gəlininin mübahisə etmələri ilə bağlı şayiələrindən sonra ilk birgə fotosudur.

Qeyd edək ki, Bekhem şəklə "Hamınızı çox sevirəm" rəyini yazıb.

Milli.Az