Narkomanlardan şikayətçi olan qadın Lalə Azərtaşın müəlliməsi olub - VİDEO

3 Oktyabr 2022 22:42

Yaşadığı ərazidə narkomanların artdığını və onlardan şikayətçi olması ilə sosial şəbəkələrin gündəmindən düşməyən Gülağa müəllimə "Ümidlə gəl" ictimai-sosial verilişində qonaq olub.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Gülağa müəllimə proqramda məşhur aparıcı məşhur Lalə Azərtaşın sinif rəhbəri olduğunu açıqlayıb.  

"Mən Lalə Azərtaşın, sinif rəhbəri olmuşam. O mənim yanıma hazırlıqlara gəlib. Bütün tələbələrimə öz balam kimi yanaşmışam. Lalə heç zaman söz çevirməzdi. O, mənim balamdı", - deyə Gülağa müəllimə bildirib.  

O, həmçinin, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova da dərs dediyini açıqlayıb.

Milli.Az