Kəşfiyyat orqanları “Qazprom”un casusluq işi üzrə tərəfdaşının ofislərində axtarış aparıb

3 Oktyabr 2022 22:15

Rumıniyada "Qazprom"un nəzarətində olan "NIS Petrol" şirkətinin binalarında silsilə axtarışlar aparılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rumıniya Mütəşəkkil Cinayətkarlığın Araşdırılması İdarəsinin (DIICOT) əməkdaşları təşkilatın menecerlərinin ofislərində və evlərində axtarış aparıblar.

Axtarışlar şirkətin Timişoaradakı baş ofisində, eləcə də Buxarestdə aparılıb.

Tədbirlər məxfi məlumatların yayılması faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində həyata keçirilir.

Milli.Az