Ukraynaya 12,5 tonluq “Bastion” texnikaları göndərilir

3 Oktyabr 2022 22:08

Fransa Ukraynaya 20 ədəd 12,5 tonluq "Bastion" zirehli texnikası tədarük etmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "La Tribune" məlumat yayıb.

Qeyd edilir ki, Volvo qrupuna daxil olan "Arquus" şirkəti ilə Fransa Müdafiə Nazirliyi arasında müqavilə yekun mərhələdədir. Tədarükün qısa zamanda reallaşdırılacağı bildirilib.

Milli.Az