Bu xəstəxanaya YENİ direktor təyin olundu - FOTO

3 Oktyabr 2022 21:41

Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində yeni təyinat olub.

Milli.Az APA-ya istinadən bildirir ki, təyinata əsasən İlqar Ramiz oğlu Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinə direktor təyin edilib.

Xatırladaq ki, 44 yaşlı İlqar Ramiz oğlu 2004-cü ildən Masallı RMX - da həkim-kardioloq kimi fəaliyyət göstərib.

Milli.Az