Bakıda nəqliyyat sahəsinin vəziyyətinə dair müşavirə keçirilib

3 Oktyabr 2022 18:52

Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Milli.Az