Mənzildə ölən oğlan və dəli olmuş anasını tapdılar

3 Oktyabr 2022 21:07

Moskva vilayətinin Noqinsk şəhərindəki mənzillərin birində on bir yaşlı oğlanın meyiti tapılıb.

Milli.Az bildirir ki, mk.ru saytının məlumatına görə, şagirdin qalıqları oktyabrın 1-də tapılıb. Polisin bildirdiyinə görə, meyitin vəziyyətinə əsasən oğlan bir neçə gün öncə ölüb.

Mənbənin sözlərinə görə, şagirdin anası övladının başına gələnləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına izah edə bilməyib. Qadının psixi pozğunluğu olub. Meyitin tapılması ilə polis araşdırmalara başlayıb, faciənin təfərrüatları dəqiqləşdirilir.

İrfan Vəliyev
Milli.Az