Qadından dəhşətli qətl: "Mənə yemək bişir" deyən sevgilisini öldürdü

4 Oktyabr 2022 00:31

Rusiyada, Primorsk diyarında əvvəllər məhkum olunmuş 40 yaşlı rusiyalı qadın qətldə şübhəli bilinərək saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, sentyabrın 30-da axşam saatlarında Vladivostokda cinayətkar və onun ortağı mənzildə spirtli içki qəbul ediblər. Kişinin hazır olmayan şam yeməyinə görə qadınla mübahisəsi düşüb, bu zaman kişi sevgilisini evdən qovmağa çalışıb. Daha sonra qadın bıçağı götürərək qurbanının körpücükaltı nahiyəsinə zərbə endirib. Yaranın ölümcül olduğu ortaya çıxıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə iş açılıb. Məlum olub ki, qadın əvvəllər də oxşar cinayətə görə cəza çəkib, o, 2018-ci ildə azadlığa çıxıb.

"Hazırda qadın saxlanılıb, həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. İstintaq Komitəsinin müstəntiqləri hadisə yerinə baxış keçirib, şahidləri dindirib və məhkəmə-tibbi ekspertizalar təyin ediblər", - deyə Komitədən bildiriblər.

İrfan Vəliyev
Milli.Az