Musiqiçi mahnını bilmədiyi üçün öldürüldü

3 Oktyabr 2022 12:30

Türkiyənin Ankara şəhərində əyləncə mərkəzlərinin birində musiqiçi Onur Şener qətlə yetirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb musiqiçinin müştərilərin istədiyi mahnını bilməməsi olub. Nəticədə 3 nəfər onu ağır yaralayıb. Onur çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.

Milli.Az