İrandan Türkiyəyə qazın nəqli dayandırılıb

3 Oktyabr 2022 19:23

İrandan Türkiyə boru kəməri vasitəsilə qazın nəqli dayandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə "APA-Economics" Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Qeyd olunub ki, qazın nəqli boru kəmərində planlaşdırılmış profilaktik işlərin həyata keçirilməsi ilə əlaqədar dayandırılıb. Qaz tədarükü oktyabrın 2-də dayandırılıb və oktyabrın 9-da bərpa olunacaq.

Milli.Az