Moskva Sarkisyana rayonların boşaldılması sxemini təqdim edib?
12 May 2010 11:48
Milli.Az xəbər portalının məlumatına görə, bu haqda Ermənistanın "Qraparak" qəzeti yazır. Qəzet öz mənbəsinə istinadən xəbər verir ki, Moskvanın təklif etdiyi sxemdə işğal altındakı Qarabağətrafı rayonların mərhələli şəkildə - 2+3+2 formulu ilə boşaldılması nəzərdə tutulur. İlkin mərhələdə Ağdam və Füzuli, ikinci mərhələdə Cəbrayıl, Qubadlı və Zəngilan, sonda isə Kəlbəcərlə Laçın işğaldan azad edilməlidir.
Məlumatda bildirilir ki, bu sxem S.Sarkisyana onun Moskvaya bir neçə gün əvvəl baş tutmuş səfəri zamanı verilib. Qəzet yazır ki, həmin səfər zamanı Dalğıq Qarabağ separatçılarının rəhbərləri də Moskvada olub.
Milli.Az