Rusyalı hərbçidən anasına ÇAĞIRIŞ: "Rus təbliğatına inanmayın!" - VİDEO

3 Oktyabr 2022 15:37

Baş Kəşfiyyat İdarəsi Rusiya əsgərinin anası ilə söhbətini yayıb və burada o, Kremlin təbliğatının yalan olduğunu və cəbhədəki vəziyyətin onlar üçün asan olmadığını izah edib.

Milli.Az lent.az-a istinadla bildirir ki, 138-ci Əlahiddə Motoatıcı Batalyonunun 6-cı ordusunun əsgəri anasından təbliğata inanmamasını xahiş edir, köhnə texnikalarının olduğunu, nadir hallarda yenisini gördüklərini deyir.

O, Rusiya televiziyasında göstərilənlərə görə qəzəbləndiyini deyir: "Bunun hamısı paraşadır, burada biabırçılıq və rüsvayçılıq baş verir və texnikaya baxırsan - göz yaşları axıdılası vəziyyətdədir."
Ana oğlundan soruşur:

"Onların göstərdikləri hər şeyi - öldürürük, irəliləyirik, geri çəkirik - bütün bunlar nədir, bu da yalandır?"

Milli.Az