"Onları efirə mən tapşırmışam"

3 Oktyabr 2022 20:30

"Günay İbrahimli, Damla, Ülviyyə Tağıyevanı efirə mən tapşırmışam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Həmin Zaur" proqramında deyib. O bildirib ki, adını çəkdiyi ifaçıları efirə çağırmaq üçün aparıcılardan xahiş edib.

Kərimova aparıcı Zaur Kamalın "Oğlun demir ki, belə getsə, subay qalacam. Müğənni qız istədi almadın" sözlərinə "Özü evlənmək istəmir. Bu dəqiqə edərəm. Yox, sözdü demişəm. İndi geri götürürəm. İndi ümumi problemdir. Əsas dünya düzəlsin" cavabını verib.

İfaçı "150 mini bir yerdə görmüsünüz" sözlərinə "Görmüşəm, ev almışam. Heç kim pulu ütüləyib saxlamır" reaksiyasını verib. 

Milli.Az