Gürcüstana keçmək istəyən 180-dən çox rusiyalıya çağırış vərəqi verilib

3 Oktyabr 2022 09:18

Səfərbərlikdən yayınan və Rusiyadan Gürcüstana getmək istəyən 180-dən çox şəxs sərhəddə çağırış vərəqəsi alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev məlumat verib.

"Şimali Osetiya ərazisində Rusiya və Gürcüstan sərhədində 180-dən çox çağırış vərəqəsi təqdim edilib. Çağırış vərəqələri ölkənin müxtəlif regionlarından Gürcüstana getmək üçün növbə gözləyən vətəndaşlar tərəfindən alınıb", - o bildirib.

Qeyd olunur ki, Gürcüstanla sərhəddə hərbi xidmətə çağırış üzrə operativ qrup işləyir və qismən səfərbərliyə məruz qalan Rusiya Federasiyasının vətəndaşlarına çağırış vərəqələri verilir.

Milli.Az