Millimizin Polşa və Yunanıstan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb

3 Oktyabr 2022 08:54

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda Polşa, 4 gün sonra səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Futzal Federasiyasından bildirilib.

Məlumata əsasən, oktyabrın 9-dək Bakıda, oktyabrın 10-dan 12-dək Afinada hazırlıq prosesi keçirəcək millimizin heyətinə 15 oyunçu dəvət olunub.

Heyətdə Rövşən Hüseynli ("Araz-Naxçıvan"), Emin Kürdov ("Neftçi"), Cavad Məmmədov, Felipinyo, Xəzər Ağalızadə (hər üçü "Araz-Naxçıvan"), Amir Shojaei, Hadi Ahmadi (hər ikisi "Bayterek", Qazaxıstan), Amadeu ("Marreko", Braziliya), Rafael Vilela ("Kayrat", Qazaxıstan), Everton Cardoso ("Bintang Timur", İndoneziya), Oktay Rüstəmli ("Araz-Naxçıvan"), FineoDe Araujo, Tyaqo Bolinha (hər ikisi "Sportinq Paris", Fransa), Fərid Ələkbərov ("Araz-Naxçıvan") və Poletto Fabio Joze ("Active Network", İtaliya) yer alıblar.

Braziliyanın "Marreko" klubunun üzvü Amadeu oktyabrın 4-də, Qazaxıstanın "Bayterek" klubunda çıxış edən Amir Shojaei və Hadi Ahmadi isə oktyabrın 5-də milliyə qoşulacaqlar.

Milli.Az