Ukrayna ordusu Rusiyaya məxsus helikopteri məhv edib

3 Oktyabr 2022 07:01

Ötən sutka Ukrayna ordusu Rusiyaya məxsus Ka-52 helikopterini məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Cənub Ordu komandanlığı məlumat yayıb.

Bildirilib ki, son sutkada bundan əlavə 2 tank, 7 zirehli texnika məhv edilib, 40 rusiyalı hərbçi zərərsizləşdirilib.

Milli.Az