“Traktor”dan növbəti qələbə

3 Oktyabr 2022 07:48

Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb. 

Təbriz klubu səfərdə "Persepolis"lə qarşılaşıb. "Traktorçular" bu oyundan qələbə ilə ayrılıblar - 1:0.
 
"Traktor" 7 turdan sonra 11 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Milli.Az