ABŞ Ukraynaya hər ay 1,5 milyard dollar yardım edəcəyini bildirib

3 Oktyabr 2022 07:21

ABŞ münaqişə bitənədək Ukraynaya hər ay 1,5 milyard dollar göndərəcəyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Bloomberg saytı məlumat yayıb.

Saytın xəbərinə görə, Ağ Ev Avropa İttifaqı ölkələrinə də Kiyevə yardımın həcmini artırmağı tövsiyə edib. Yaxın günlərdə Aİ ölkələri Ukraynaya növbəti yardımları müzakirə etmək üçün Praqaya yığışacaqlar.

Milli.Az