Mahnının sözlərini bilmədiyi üçün döyülən musiqiçi öldü

2 Oktyabr 2022 23:32

Türkiyənin Ankara şəhərinin Çankaya səmtindəki bir əyləncə məkanında 3 nəfər mübahisə etdikləri musiqiçi Onur Şeneri tələb etdikləri mahnını bilmədiyi üçün ağır yaralayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, musiqiçi aparıldığı xəstəxanada dünyasını dəyişib.

Ankara Təhlükəsizlik Müdirliyi hadisə ilə əlaqədar 3 nəfəri nəzarətə götürüb.

Polis bölməsində şübhəlilərin istintaqının davam etdiyi bildirilib.

Milli.Az