Ağır qəza: Piyada öldü

2 Oktyabr 2022 19:34

19:34

Quba rayonunda baş verən qəzada ölən piyadanın kimliyi müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, ölən şəxs rayon sakini Məmmədov Zülfüqar Etibar oğludur.

----------

19:00

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xucbala kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat vasitəsi yoldan keçən piyadanı vuraraq öldürüb. Onun şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az