Hadisə Mehmete küllü miqdarda pul veribmiş

3 Oktyabr 2022 06:24

Türkiyəli müğənni Hadisə keçmiş həyat yoldaşı Mehmet Dinçerlərə toyda ona hədiyyə edilən qızılları qaytarmayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni zinət əşyalarını toydan öncə M.Dinçerlerə verdiyi küllü miqdarda borcla əvəzləyib.

Qeyd edək ki, cütlük 5 ay evli qalıb.

Milli.Az