PKK-nın 23 terrorçusu zərərsizləşdirilib - VİDEO

2 Oktyabr 2022 14:54

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı Asos bölgəsində hava əməliyyatı keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Twitter-də məlumat yayıb.

Əməliyyat nəticəsində PKK-nın 23 terrorçusu zərərsizləşdirib.

Məlumata görə, hava əməliyyatı İraqın şimalının 140 km dərinliyində baş tutub. Məlumata görə, zərərsizləşdirilən terrorçuların sayının artması gözlənilir.

Milli.Az