Stiven Spilberqdən yeni filmindən bir səhnəni çıxarmaq tələb edildi

2 Oktyabr 2022 16:11

"Fabelmanlar" filminin treyleri yayımlandıqdan qısa müddət sonra heyvan hüquqları müdafiəçiləri ekran əsərinin yaradıcısı Stiven Spilberqə yaxınlaşaraq meymunun iştirak etdiyi səhnələrin kəsilməsini tələb ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, PETA bu tələbi onunla izah edib ki, meymun-aktyorlar tez-tez erkən yaşda ailələrindən zorla ayrılırlar.

Hüquq müdafiəçiləri filmdəki sözügedən səhnəni "qəddar heyvan təlimi sənayesinin təqdiri və iyrənc heyvan ticarətinin reklamı" adlandırıblar və Spilberqdən həmin kadrları kəsməyi xahiş ediblər.

Milli.Az