Gəncədə 36 yaşlı kişini maşın

1 Oktyabr 2022 22:51

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 1986-cü il təvəllüdlü Aslan Aslanovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az