Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatından qovuldu

1 Oktyabr 2022 22:47

Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) idarə heyətinə yenidən seçilmək üçün kifayət qədər səs toplaya bilməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) oktyabrın 7-dək Monrealda davam edən assambleyasında Rusiya 36 ölkədən ibarət təşkilatda qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

ICAO-nun prezidenti, Cənubi Afrika Respublikasının Mülki Aviasiyasının baş direktoru Poppi Hoza vəziyyəti görünməmiş hadisə adlandırıb.

Milli.Az