Minlərlə insan Uelsin müstəqilliyi üçün nümayiş keçirib

1 Oktyabr 2022 22:46

Kardiffdə Uelsin müstəqilliyi üçün nümayiş keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, nümayişdə minlərlə insan iştirak edib.

İştirakçılar bayraqlar və üzərində "Müstəqillik" yazılmış plakatlarla şəhəri gəziblər.

Analoji nümayiş iyul ayında Uelsin şimalındakı Rekshem şəhərində də baş tutub.

Milli.Az