Bu, Ukraynada müharibənin bitməsini mümkünsüz edir

1 Oktyabr 2022 20:09

Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi Ukraynada müharibənin bitməsini mümkünsüz edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

"Bu ərazilərin ilhaqını heç kim tanımır. Rusiya hakimiyyətinin bu qərarı müharibənin bitməsini praktiki olaraq qeyri-mümkün edir", - Borrell qeyd edib.

Milli.Az