“Heç vaxt yasa getməmişəm”

1 Oktyabr 2022 16:32

"Mən heç vaxt yasa getməmişəm. Qəbr üstünə də getmirəm. Səbəbi də uşaq vaxtı ölməyin nə olduğunu anlamadan evdə ağlaşan insanlar, meyid görməyimin məndə qorxuya bənzər qəribə bir hissin oyatması olub. Psixoloji travma almışam".

Milli.Az olay-a istinadən yazır ki, bu sözləri sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb.

O, Rəhim Rəhimlinin yas məasiminə getməmə səbəbindən danışıb:

"Ən sevdiyim, əziz insanlar belə dünyasını dəyişəndə nə edəcəyimi bilmirəm. Ağlaya da bilmirəm çox vaxt, donub qalıram. Əlimdən heç nə gəlmir deyə, aciz kimi ağlaya bilmirəm. Beynim həzm etməyə çalışır və bir şeyi dəqiq anlayıram ki, hamımız bir gün öləcəyik".

Milli.Az