Tərtərdə iki nəfər minaya düşdü

1 Oktyabr 2022 12:02

Tərtərdə iki nəfər rayon sakini - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.

Milli.Az