Bakının mərkəzinin avtomobilsizləşdirilməsi tıxaca necə təsir göstərəcək? - VİDEO

1 Oktyabr 2022 18:20

Bakının mərkəzindəki bu küçə avtomobilsizləşdiriləcək.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin verdiyi məlumata görə, paytaxtın İslam Səfərli küçəsində belə bir layihə reallaşırılacaq. Layihənin məhz həmin küçədə həyata keçirilməsinin səbəbi isə ərazidə çoxlu sayda tarixi abidələrin olmasıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev hesab edir ki, paytaxtdakı ağır tıxacların qarşısını almaq üçün Bakını tam piyadayönümlü şəhərə çevirmək lazımdır. Onun fikrincə, infrastrukturbunu tam reallaşdırmağa imkan verməsə də, prosesi qismən həyata keçirmək olar. Ekspertin sözlərinə görə, hazırda Dənizkənarı Milli Parkdan Fəvvarələr Meydanınadək, eləcə də, Bayıl qəsəbəsindən Ağ şəhərədək geniş bir ərazidə piyada və velosipedlə hərəkət etmək mümkündür.

Eksperti həmçinin bildirir ki, indiki vəziyyətdə həmin ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularsa, digər yollar yüklənəcək. Ancacaq alternativkeçələrdə müəyyən dəyişiklik etməklə tıxacların yaranmamasını təmin etmək olar.

Yasin Mustafayev fikrincə, gələcəkdə bir neçə istiqamətdə həm velosiped zolaqları yaradılmalı, həm də yeni piyada yolları salınmalıdır.

Milli.Az