Zelenski orduya payız çağırışını ləğv etdi

1 Oktyabr 2022 17:24

Ukrayna Prezidenti Volodimir Zelenski orduya payız çağırışını ləğv edib, tərxisi isə təxirə salıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı sərncam imzalayıb.

Sərəncama əsasən, bu ilin oktyabr-dekabr aylarında Ukraynada hərbi xidmətə çağırış kampaniyası keçirilməyəcək.

Məlumata görə, Ukrayna Prezidenti hərbi qulluqçuların ehtiyata buraxılmasını da müəyyən müddətə təxirə salıb.

Milli.Az