Bu ölkədə də ictimai nəqliyyatda maska zərurəti aradan qaldırıldı

1 Oktyabr 2022 17:32

İtaliyada ictimai nəqliyyatda tibbi maska taxmaq zərurəti aradan qaldırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, nəqliyyatda maska rejimi bu il oktyabrın 1-dək qüvvədə idi. İtaliyada hazırda maska zərurəti yalnız tibb müəssisələrində qalmaqdadır.

Qeyd edək ki, ölkədə bu günədək 22,5 milyon nəfər koronavirusa yoluxub, 177 min nəfər vəfat edib.

Milli.Az