Braziliyalı hücumçu Azərbaycan klubundan təklif aldı

1 Oktyabr 2022 18:36

Braziliyanın "Santa Kruz" klubunda çıxış edən Rafael Furtado karyeasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin birindən təklif alıb.

Lakin hansı klubun braziliyalı hücumçu ilə maraqlandığı açıqlanmayıb.

Qeyd edək ki, Rafael Furtadonun "Santa Kruz"la müqaviləsi noyabrda başa çatacaq. Forvard klubun sözləşməni yeniləmək barədə təklifini rədd edib.

Milli.Az