"Barselona"nın itkisi 100 milyon avronu keçdi

1 Oktyabr 2022 16:00

İspaniyanın "Barselona" klubunun son dörd mövsümdə itkisi 100 milyon avronu keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin bu müddət ərzində ümumi itkisi 115,2 milyon avro olub.

2021/2022 mövsümündə bu rəqəm 30 milyon avro təşkil edib.

"Barselona"nın yeni mövsüm üçün büdcəni azaltmaq fikrində olmadığı bildirilir. Klubun futbolçuların maaşına 37 milyon avro xərcləyəcəyi gözlənilir.

Milli.Az