Xəyyam da Rəhimlə yazışmalarını paylaşdı - FOTO

1 Oktyabr 2022 13:12

Əməkdar artist Xəyyam Nisanov mərhum müğənni-bəstəkar Rəhim Rəhimli ilə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, Rəhimlə votsap yazışmalarını və birgə fotosunu izləyiciləri ilə bölüşüb:

"Sən hər zaman istedadlı olmusan. Çox təəssüf ki, bunu artıq keçmiş zamanda deyəcəyik. Bax, belə, əziz dostum. Çünki sən heç kəsə əziyyət verməyi xoşlamırdın. Bu gün biz incəsənətimizin yox, xalqımızın dostunu itirdik".

Yazışmalarda isə Rəhimin "Xahiş edirəm narahat olma. Sən mənim dostumsan, nəsə olsa demərəm? Allah səni var eləsin, Xəyyam" sözləri yer alıb.

Milli.Az