Rusiyanı qınayan qətnamə... - Rusiyanın vetosu ilə rədd edildi

1 Oktyabr 2022 19:31

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu qurumun Təhlükəsizlik Şurasının iclasında Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətlərinin Rusiya tərəfindən ilhaqının qınanılmasını və rus qoşunlarının geri çağırılmasını tələb edən qətnamə layihəsini təqdim edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, on ölkə qətnaməni dəstəklədiyi halda, Çin, Braziliya, Hindistan və Qabon bitərəf qalıb.

Rusiya isə Ukrayna ərazilərinin ilhaqını pisləyən qanun layihəsinə veto qoyub.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya qətnamə layihəsi ilə bağlı çıxışında deyib:

"Beləliklə, ABŞ-ın təqdim etdiyi qətnamə rədd edildi. Siz ciddi şəkildə Rusiyanın belə bir layihəni nəzərdən keçirəcəyini və dəstəkləyəcəyini gözləyirsiniz? Belə deyilsə, onda Rusiyanın bu hüququndan sui-istifadə etdiyini dilə gətirmək üçün qəsdən veto hüququndan istifadəyə məcbur edirsiniz".

Milli.Az