Makrondan Putinin "referendum"larına reaksiya

1 Oktyabr 2022 08:44

Mən Rusiyanın Ukraynanın vilayətlərini - Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Bu, beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır", - Makron vurğulayıb.

Makron bildirib ki, Fransa Rusiyaya qarşı mübarizədə və bütün ərazilər üzərində tam suverenliyin bərpasına kömək etməkdə Ukraynanın tərəfində olacaq.

Milli.Az