Bakıda avtomobil 8 yaşlı uşağı vurub

1 Oktyabr 2022 08:52

Bakının Nəsimi rayonunda 8 yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 2014-cü il təvəllüdlü Həsənov Yusif İqbal oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az