Direktor olmaq istəyənlər esse yazacaqlar

1 Oktyabr 2022 07:32

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində təşkil ediləcək.

Esse mərhələsində 1 022 namizədin iştirakı nəzərdə tutulur.

Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Milli.Az