Burkino-Fasoda hərbi çevriliş - Prezident dəyişdi, sərhədlər bağlandı

1 Oktyabr 2022 08:58

Qərbi Afrika ölkəsi Burkina-Fasoda ordu hakimiyyətə növbəti dəfə müdaxilə edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanvarın 24-də hakimiyyəti ələ keçirən prezident polkovnik-leytenant Pol Henri Damiba ordu tərəfindən istefaya göndərilib.

Burkina-Fasonun paytaxtı Vaqaduquda Prezident sarayında, hərbi şəhərciyin ətrafında və yaşayış massivlərində eşidilən atışmalardan sonra əsgərlər əsas yolları nəqliyyatın hərəkətinə bağlayıb. Prezident sarayının yaxınlığında da güclü partlayış baş verib.

Hərbçilər dövlət televiziyasında bəyanat oxuyaraq, keçid dövrünün prezidenti Damibanı vəzifəsindən kənarlaşdırdıqlarını elan ediblər.

Kapitan İbrahim Traore Damibanı əvəzləyib.

Ölkə sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olduğu açıqlanıb.

Milli.Az