Dənizkənarı Bulvarda hamilə qadın intihara cəhd edib

1 Oktyabr 2022 08:28

Bakının Səbail rayonu ərazisində intihara cəhd hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Dənizkənarı Bulvar ərazisində baş verib.

2001-ci il təvəllüdlü Həsənbəyova Aysel Samir qızı əri ilə mübahisə edib. Daha sonra o, bulvar ərazisində intihara cəhd etmək üçün dənizə atılıb. O, ətrafda olan şəxslər və xilasedicilərin köməkliyi ilə suda çıxarılaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edib. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, A.Həsənbəyova 6 aylıq hamilədir.

Fakt araşdırılır.

Milli.Az