Avropanın ən güclü AES-i fəaliyyətə başlayıb

1 Oktyabr 2022 08:08

Finlandiyadakı Olkiluoto atom elektrik stansiyasının üçüncü reaktoru (Olkiluoto-3) uzunmüddətli gecikmədən sonra fəaliyyətini bərpa edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, AES-in dekabrdan etibarən tam gücü ilə işləməsi planlaşdırılır. Finlandiya hökumətinin bəyanatında göstərilir ki, Olkiluoto-3 gücünə görə Avropada birinci, dünyada isə ikincidir.

Stansiyanın istismara verilməsində məqsəd qış fəslində gözlənilən enerji böhranının qarşısını almaqdır. Olkiluoto AES Finlandiyanın enerjiyə tələbatının təxminən yarısını ödəmək gücündədir.

Areva-Siemens konsorsiumunun inşa etdiyi üçüncü reaktorun tikintisi texniki və maliyyə problemlərinə görə 12 il gecikmə ilə bu ilin martında başa çatıb. İl ərzində reaktorun bir neçə sınağı həyata keçirilib.

Milli.Az