Şimali Koreya iki ballistik raket buraxdı

1 Oktyabr 2022 07:05

Şimali Koreya şənbə günü səhər Yaponiya dənizinə doğru iki qısa mənzilli ballistik raket buraxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Cənubiya Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib.

Məlumata əsasən, buraxılışlar yerli vaxtla səhər saat 06:45 və 07:03-də Pxenyanın Sunan bölgəsindən həyata keçirilib.

Bildirilib ki, raketlər maksimum 30 km yüksəklikdə təxminən 350 km məsafə qət etdi, maksimal uçuş sürəti 6 Maha çatıb.

Milli.Az